"Qarabağ"dan ayrılan futbolçu yenidən icarəyə verilə bilər

"Qarabağ"dan ayrıldıqdan sonra müqavilə üzrə məxsus olduğu Almaniyanın "Ştutqart" klubuna qayıdan Ailton Silvanı yenidən icarəyə verə bilər.
 
Sport7.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. 
 
Xəbərə görə, yeni mövsümdən Bundesliqada çıxış edəcək klub müdafiənin sol cinahını başqa futbolçu ilə gücləndirmək niyyətindədir.

İddia edilir ki, Ailton ondan gözlənilən oyunu sərgiləyə bilmədiyi üçün klub braziliyalının mövqeyinə alternativ variant axtarışındadır. Bununla belə, 26 yaşlı futbolçunun məsələsi açıq olaraq qalır.

Qeyd edək ki, Ailton Silva ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR