"Qarabağ"dan çex qapıçı üçün 426 minlik təklif

"Qarabağ" Şotlandiyanın "Sent-Mirren” klubunun qapıçısı Vatslav Qladka elçi düşüb.

Sport7.az xəbər verir ki, bu barədə "The Scottish Sun” məlumat yayıb. 
 
Xəbərə görə, Azərbaycan klubu çex qolkiper üçün 200 min funt-sterlinq (426 min manat) təklifi edib. Amma şotlandlar təklifi qəbul etməyib. "Sent-Mirren” 29 yaşlı qapıçını daha böyük məbləğə satmaq istəyir. 

Məlumata görə, "Qarabağ" futbolçuya hazırkı əmək haqqının 6 qatını verməyə hazırdır. Ona görə də Azərbaycan çempionunun Qladkinin transferi üçün "Sent-Mirren”ə daha yaxşı təklif irəli sürəcəyi gözlənilir.

Qeyd edək ki, Vatslav Qladki 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində Çexiyanın "Slovan” klubunun heyətində yer alsa da, "Qarabağ”la hər iki matçda ehtiyatda qalıb. O, bu ilin yanvarında "Slovan"dan "Sent-Mirren”ə transfer olunub. O, Şotlandiya klubunun heyətində 21 oyun keçirib.
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR