"Qarabağ"dan xal almaq qələbəyə bərabərdi" - Zaur Həşimov

"Zirə"nin baş məşqçisi Zaur Həşimov "Qarabağ"la qarşılaşmadan sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis liderdən xal qopardıqları görüş haqda bunları söyləyib: "Futbolçular yaxşı mübarizə apardı. "Qarabağ”dan xal almaq qələbəyə bərabərdi. Komandada özünə inam gördüm. Matça yaxşı köklənmişdik. Əsasən də müdafiədə yaxşı oynadıq. Qol epizodlarımız da oldu. Onların birindən istifadə edə bildik. Yaxşı nəticə qazandıq. Futbolçuları təbrik edirəm".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR