"Qarabağ"ın 200 minlik təklifi qəbul olunmadı

Avropa Liqasında mübarizə aparan "Qarabağ”ın daha bir qapıçını istədiyi məlum olub.

Sport7.az xəbər verir ki, axtarışlarını davam etdirən Ağdam təmsilçisi Şotlandiyanın "Sent Mirren” klubunun qolkiperi Vatslav Hladki üçün təklif göndərib. 

Bu barədə Şotlandiya mətbuatı məlumat yayıb. "Sent Mirren”in baş məşqçisi Cim Qudvin çexiyalı qapıçı ilə bağlı verdiyi açıqlamada, xəbəri təsdiqləyib: "Qladki çox yaxşı qapıçıdı. O, "Dandi Yunayted”lə matçda 3 penalti zərbəsini qaytardı. Mənə xəbər verildi ki, bir neçə həftə əvvəl "Qarabağ” onun üçün təklif göndərib, amma ehtiyat variantımız olmadığından, onu satmaq axmaqlıq olardı. Bu mövsüm onu klubda saxlayacağıq”.

"The Scotsman” nəşri "Qarabağ”ın 28 yaşlı qapıçı üçün Şotlandiya klubuna 200 min funt-sterlinq ödəməyə hazır olduğu, amma qarşı tərəfin bu məbləğə razı olmadığını yazıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR