"Qarabağ"ın baş meneceri katib seçildi

"Qarabağ"ın baş meneceri Asif Əsgərov yenidən Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun katibi seçilib.
 
Sport7.az xəbər verir ki, Əsgərov "Milan"ın prezidenti İvan Qazidisin rəhbərlik etdiyi qrupda 4 il xidmət göstərəcək. O, bu qrupda "Tottenham", "Arsenal", "Ayaks", "Zalsburq", "Yuventus", "Barselona" və "Borussiya" (Dortmund) rəsmiləriylə birlikdə yer alıb.

Asif bəy iki il İşçi Qrupunun üzvü olub və bu hal Azərbaycan futbol tarixində ilk və yeganədir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR