"Qarabağ"ın Çempionlar Liqasına hazırlıq planı rəsmən bəlli oldu 

 
"Qarabağ" hazırda istirahətdədir. 

Sport7.az xəbər verir ki, 2014/15 mövsümünü "qızıl dubl"la başa vuran komandada legionerlər vətənlərinə yollansa da, milli futbolçular yığma ilə birlikdə hələ də təlim-məşq toplanışdadır. 

Yeni mövsüm üçün komanda iyunun 18-də yığışacaq. Çempionlar Lİqasının (ÇL) II təsnifat mərhələsindən yarışa başlayacaq olan "Qarabağ" təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. Komanda ötən il olduğu kimi, bu il də Almaniya-Avstriya sərhəddində yerləşən Kössendə hazırlıq keçəcək. 

Qeyd edək ki, püşkün nəticəsindən asılı olaraq, "Qarabağ"ın ölkəyə dönüş tarixi müəyyənləşəcək. ÇL-in qeyd olunan mərhələsinin oyunları 14/15 və 21/22 iyul tarixlərində keçiriləcək. Püşkə görə Ağdam komandası ilk oyunu "evdə" keçirməli olsa, iyulun 8-də Bakıya qayıdacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR