"Qarabağ"ın futbolçuları koronavirus testindən keçəcək

2020/2021 mövsümündə avrokuboklarda iştirak edəcək komandalar oyuna 10-14 gün qalmış koronavirus testindən keçməlidirlər.

Sport7.az xəbər verir ki, bunu Report.az -a açıqlamasında "Qarabağ"ın baş meneceri Asif Əsgərov deyib. Klub rəsmisi bildirib ki, UEFA-nın qəbul etdiyi müvafiq qərarla bağlı Ağdam təmsilçisinin üzvləri bu gün analiz verəcəklər.

"Qarabağ" yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Son ölkə çempionu mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin oyunları 18 - 19 avqustda keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR