"Qarabağ"ın III mərhələdəki rəqibləri: "Ayaks", "Seltik"...

Çempionlar Liqasının II təsnifat mərhələsinə adlayan "Qarabağ" bu mərhələdə İrlandiyanın "Dandolk" komandası ilə qarşılaşacaq. 

Sport7.az xəbər verir ki, tərəflər arasında görüşlrə 24 və 31 iyul tarixlərində baş tutacaq. 

Bu görüşün qalibi olan komandanın potensial rəqibləri də artıq bəllidir. 

Mərhələ adlayan komanda III mərhələdə 11 klubdan biri ilə qarşılaşa bilər. Bunlar: Çempionlar Liqasının ötən ilki yarımfinalçısı "Ayaks" (Hollandiya), "Seltik" (Şotlandiya) - "Nomme Kalyu" (Estoniya), TNS (Uels) - "Kopenhagen" (Danimarka), "Saburtalo" (Gürcüstan) - "Dinamo" (Zaqreb, Xorvatiya), BATE (Belarus) - "Rusenborq" (Norveç), "Sutyeska" (Çernoqoriya) - APOEL (Kipr).
 
Püşkatma mərasimi iyulun 22-də keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR