"Qarabağ"ın istədiyi türk futbolçu ilə bağlı açıqlama

"Hesab edirəm ki, Oğuz Aydının "Qarabağ" və "Astana"ya keçidi baş tutmayacaq". 

Sport7.az xəbər verir ki, bu sözləri türk futbolçunun meneceri Gökhan Tabakcıoğlu deyib. Türkiyənin 3-cü liqa təmsilçisi "1928 Bucaspor”un 20 yaşlı vingeri Oğuz Aydın "Qarabağ"ın maraq dairəsindədi. Amma onun meneceri bildirib ki, Oğuzun transferi ilə bağlı heç bir irəliləyiş yoxdu: "Görünən odu ki, onlar oyunçu ilə o qədər də ciddi maraqlanmırlar".

Oğuz Aydın cari mövsümdə meydana çıxdığı 18 oyunda 2 qol vurub. 20 yaşlı futbolçu Türkiyənin 19 yaşadək futbolçulardan ibarət yığmasında çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR