"Qarabağ"ın kapitanı: "Sərhəddi keçmirik"


"Oyun zamanı Oğuz Çətinlə mübahisəmiz olmayıb. Sadəcə ikinci hissədə bizə qarşı edilən epizodlardan birində dördüncü hakim Ramil Diniyevə etirazımı bildirirdim". Bunu millimizin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Sport7.az saytının Lənkərana ezam olunmuş əməkdaşının sualına cavab olaraq deyib.

Sadıqov epizodlardan birində rəqib oyunçunun aşkar kobudluğunun yalnız sarı vərəqə ilə cəzalandırılması ilə barışmadığını və bu üzdən "Xəzər Lənkəran"ın texniki zonasına yaxın dayanmış Diniyevə narazılığını çatdırdığını bildirib: "Ona dedim ki, görmədin bizim oyunçuya necə kobudluq edildi? Diniyev də dedi ki, görmədim. Amma bu artıq meydanda qaldı. Oyundan sonra hakimlərə də yaxınlaşıb dedim ki, bəlkə hansısa epizodda emosional oldumsa, üzrlü hesab edərsiniz. Heç kimin xətrinə dəymək istəmirdim. Sadəcə olaraq, 3 gündən bir oyun keçiririk. Ötən dəfə Qəbələ, bu dəfə Lənkəran səfərimiz vardı. Yorğunluqdan görürsən ki, adam emosiyalarını cilovlaya bilmir. Bu da hərdən özümüzü başqa cür aparmağımıza səbəb olur. Amma qəbul edirəm ki, bu düzgün hərəkət deyil". 

Təcrübəli müdafiəçi "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Sadiqovla oyun ərzində yaşadığı dialoqlara da aydınlıq gətirib: "Bizim Rəşadla dialoqlarımız şirindir. Ola bilər ki, kənardan aqressiv görünsün. Meydanda əsəbi olursan. Bir-birimizlə yüksək tonla danışa bilərik. Amma sərhəddi keçmirik, bir-birimizə qarşı hörmətsizlik etmirik. Meydandan çıxanda da görüşüb danışırıq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR