"Qarabağ"ın ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşdi

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
 
Sport7.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib.

Azərbaycan çempionu ilə İrlandiya təmsilçisi "Dundalk"ın mübarizəsindən qələbə ilə ayrılan komanda "Sutyeska" (Monteneqro) - APOEL (Kipr) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları 24-31 iyulda, III raundun görüşləri isə avqustun 6-7-də və 13-14-də baş tutacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR