"Qarabağ"ın oyunu irlandiyalı hakimlərə tapşırıldı

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İsrailin "Makkabi” (Təl-Əviv) ilə keçirəcəyi matçın hakimləri müəyyənləşib.

Sport7.az xəbər verir ki, UEFA oyunu İrlandiyadan olan hakimlər briqadasına həvalə edib. İstanbulda baş tutacaq qarşılaşmada əsas referi Robert Hennessi olacaq. Ona Allen Linç və Emmet Dinan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pol Maklauqlin yerinə yetirəcək.

Oyunun hakim inspektoru Deyan Filipoviç (Serbiya), UEFA nümayəndəsi Oktavian Qoqa (Rumıniya) olacaq.

Dekabrın 3-də "Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək "Qarabağ” – "Makkabi” görüşü Bakı vaxtı  ilə 21:55-də start götürəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR