"Qarabağ"ın oyununa hakim təyinatları açıqlandı

"Qarabağ" və Albaniyanın "Partizani" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşünə bütün təyinatlar açıqlanıb.

Sport7.az xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Dumitru Muntyana Vladislav Lifçu və Andrey Bodyan yan xətt, Aleksandru Tyan isə dördüncü hakim qismində kömək edəcəklər. Şotlandiyalı Uilyam Yanq hakim-inspektor, ingiltərəli Maykl Foster UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

İyulun 17-də "Dalğa Arena"da keçiriləcək matç saat 21:00-da başlanacaq. Tiranadakı ilk oyun qolsuz yekunlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR