"Qarabağ"ın rəqibi: 29 il çempionluğa həsrət qalan "Yanq Boyz"!

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi baş tutub. Sport7.az xəbər verir ki, ölkəmizi Avroliqada təmsil edən "Qarbabağ" bu məhələdə İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq.

"Qarabağ"ın rəqibi 1898-ci ildə yaradılıb. Təmsilçimzin rəqibi ölkəsinin ən öndə gedən klublarındadı. Komandanın hazırkı baş məşqçisi isveçrəli Uli Fortedi. 11 dəfə ölkə çempionu olan "Yanq Boyz" axırıncı dəfə bu uğura 29 il əvvəl imza atıb.

Yeni mövsümə ağdamlıların rəqibi elə də uğurla başlamayıb. 3 oyuna cəmi eyni sayda xal yığan isveçrəlilər qələbə üzünə hərsət qalıb. Onlar yeni mövsümdə keçirdikləri "Luzern", "St. Qallen" və "Zürix" matçlarının hər üçünü 1:1 hesabı ilə başa vurub.

"Yanq Boyz"un 26 milyon avro büddcəsi olduğu bildirilir. Komanda hazırda ev oyunlarını 32 min azarkeş tutumu olan "Stade de Suisse" stadionunda keçirir. 

Qeyd edək ki, "Qarabağ"ın pley-offdakı rəqibi ötən mövsümü 66 xalla başa vurub.  "Bazel"dən 12 xal geri qalan Uli Forterin yetirmələri gümüş mükafatla kifayətlənməli olub. 36 oyunda rəqib qapılarından 64 qol keçirən ağdamlıların rəqibi qapısında 45 top görüb. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR