“Qarabağ”ın rəqibi Bakıya nə vaxt gələcək?

“Qarabağ”ın rəqibi Bakıya nə vaxt gələcək?

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Şimali Makedoniyanın "Sileks" klubunun Bakıya gələcəyi tarix müəyyənləşib.

Sport7.az xəbər verir ki, bu barədə "Report" "Sportmedia" nəşrinə istinadən məlumat yayıb. Kratovo təmsilçisi Azərbaycan paytaxtına avqustun 17-də səhər saatlarında çarter reysi ilə uçacaq.

Həmin gün matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi məşqə çıxacaq komanda qarşılaşmadan dərhal sonra isə Şimali Makedoniyaya qayıdacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sileks" oyunu avqustun 18-də olacaq və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR