"Qarabağ"ın rəqibində 2 koronavirusa yoluxma halı

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Türkiyə klubu "Sivasspor” koronavirus testinin nəticələrini açıqlayıb.

Sport7.az xəbər verir ki, saytının məlumatına görə, Super Liqa təmsilçisində Azərbaycan çempionu ilə matç öncəsi daha 2 yoluxma faktı aşkarlanıb. Ölkə çempionatında "Fatih Karagümrük”lə keçirilən görüşün ardından verilən testin nəticəsi bir futbolçu və bir klub işçisində pozitiv çıxıb. Adları açıqlanmayan şəxslər karantinə alınıb.

Noyabrın 26-da "Qarabağ”la qarşılaşacaq "Sivasspor”da buna qədər 5 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR