"Qarabağ"ın rəqibindən "Qalatasaray"a zərbə

Bu yay "Monako"dan "Qalatasaray"a transfer olunan Radamel Falkao qışda klubu tərk edə bilər.

Sport7.az xəbər verir ki, bu barədə İspaniyanın "Don Balon" saytı məlumat yayıb.

Sayt yazır ki, "Sevilyanın idman direktoru Monçi və baş məşqçi Julen Lopetegui hücum xəttinə yeni futbolçunun transferi üçün siyahı hazırlamağa başlayıb.

Siyahının ilk pilləsində isə Radamel Falkao yer alır. Kolumbiyalı ulduzun İspaniya La Liqasına yaxşı bələd olması və təcrübəsi onu bu mövqe üçün əsas namizədə çevirib. "Sevilya"nın tezliklə "Qalatasaray"a müraciət edəcəyi deyilir.

Qeyd edək ki, "Sevilya" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən biridi.


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR