Avropa Liqasında "Qarabağ”la eyni qrupda yer alan Türkiyə "Sivasspor”unun baş məşqçisi Rıza Çalımbay da koronavirusa yoluxub.
Sport7.az xəbər verir ki, bunu təcrübəli mütəxəssis özü bəyan edib. O bildirib ki, verdiyi testin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən Çalımbay Avropa Liqasının V turunda "Vilyarreal”la (İspaniya) sabah keçiriləcək matçda iş başında olmayacaq.
Bu gün səhər saatlarında "Sivasspor”da 4 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.
Sport7.az