“Qarabağ”ın rəqiblərindən biri müəyyənləşdi

“Qarabağ”ın rəqiblərindən biri müəyyənləşdi

Azərbaycan çempionu "Qarabağ”ın Türkiyə toplanışında qarşılaşa biləcəyi komandalardan birinin adı məlum olub.

Sport7.az saytının məlumatına görə, Ağdam təmsilçisinin qış fasiləsindəki hazırlıq prosesində Bolqarıstanın "Çerno More” klubu ilə görüşməsi planlaşdırılır.
 
Bunu Varna şəhərini təmsil edən klubun baş məşqçisi Nikola Spaspov açıqlayıb. O bildirib ki, Antalya toplanışında keçiriləcək qarşılaşmalarla bağlı ilkin planlar bəllidi: "Orada 3 yoxlama oyunu keçirəcəyik. Rəqiblərin adlarının tam dəqiqləşdiyini deyə bilmərəm. Çünki hər gün nə isə dəyişə bilər. Lakin ilkin siyahımızda Sloveniya "Domjale”si, Azərbaycan "Qarabağ”ı və Rumıniya təmsilçisi "Panduri” var”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR