"Qarabağ"ın sabiq qapıçısına təklif olunan məbləğ açıqlandı

"Beşiktaş"ın İbrahim Şehiçə təklif etdiyi maaşın məbləği bəlli olub. 

Sport7.az xəbər verir ki, İstanbul təmsilçisi "Erzurumspor"la müqaviləsi mövsümün sonunda başa çatacaq 32 yaşlı qolkiperə illik 400 min, imza üçün isə 150 min avro ödəməyə hazırdı. 

Hazırda tərəflər arasında danışıqlar gedir. İddiaya görə, komandanın baş məşqçisi Sergen Yalçının ilk istəyi İbrahim Şehiç deyil. Mütəxəssis yerli qapıçılar Sinan Bolat və Volkan Babacanı komandasında görmək niyyətindədir. 

"Qarabağ"ın sabiq futbolçusunu Polşa klubu "Legiya" da istəyir. Bosniya və Herseqovina millisinin qapıçısı "Erzurumspor"a 2018-ci ilin yayında "Qarabağ"dan keçib. O, 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR