"Qarabağ"ın sabiq qolkiperi 21-ci əsrin ən yaxşısı seçildi

"Stokesentinel" nəşri 21-ci əsrdə "Stok Siti"də oynamış 10 ən yaxşı qapıçının siyahısını müəyyənləşdirib.

Sport7.az xəbər verir ki, bu mövsümün ilk yarısını "Qarabağ"da keçirən Asmir Beqoviç ən yaxşı qolkiperlər arasında 1-ci pillədə yer alıb.

Hazırda icarə əsasında "Milan"da oynayan Beqoviç 2010-2015-ci illərdə "Stok Siti"nin uğurları üçün çalışıb. Bosniyalı əlcək sahibi müqavilə ilə "Bornmut"a məxsusdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR