“Qarabağ”ın son ev oyununun stadionu dəqiqləşdi - SON DƏQİQƏ

“Qarabağ”ın son ev oyununun stadionu dəqiqləşdi - SON DƏQİQƏ

Avropa Liqasının V turunda keçiriləcək "Qarabağ” – "Makkabi” (İsrail) matçının yeri müəyyənləşib.

Sport7.az "Apasport.az"a istinadla xəbər verir ki, Azərbaycan çempionunun bu oyunu da Türkiyədə baş tutacaq.

UEFA dekabrın 3-dəki görüşün İstanbulda keçirilməsini qərara alıb. Qrupda "Vilyarreal”ı (İspaniya) "Başakşəhər Fatih Terim” stadionunda qəbul edən, həmçinin "Sivasspor”la (Türkiyə) eyni arenada oynayacaq  Qurban Qurbanovun yetirmələri Təl-Əviv təmsilçisi ilə də bu arenada üz-üzə gələcək.

Qeyd edək ki, dekabrın 3-də keçiriləcək "Qarabağ” – "Makkabi” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR