"Qarabağ"ın yarımmüdafiəçisi: "Çölə çıxmaq barədə problem yoxdur"

"Qarabağ"ın yarımmüdafiəçisi Miçel ölkəsinin mətbuatına danışıb.
 
Sport7.az xəbər verir ki,  futbolçu Azərbaycandakı durumla bağlı bunları söyləyib: "Keçən həftəyə qədər normal məşq edirdik, ancaq sonra çempionat dayandı və evdə məşq etməyə başladıq. Çölə çıxmaq barədə problem yoxdur. Ticarət mərkəzləri və restoranlar yalnız saat 21:00-dək açıqdır və bir çox yerlərə girməzdən əvvəl temperaturu yoxlayırlar".

Azərbaycan Premyer Liqasının oyunları koronavirusa görə aprelin 14-dək dayandırılıb. Miçel Madeyra 2015-ci ildən "Qarabağ"da çıxış edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR