"Qarabağ"ın yeni stadionunun açılışına prezident də gələcək

Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünün startına sayılı günlər qaldı. Sport7.az xəbər verir ki, yeni mövsüm həm də son çempion "Qarabağ" üçün əlamətdar olacaq.

Belə ki, 2015/2016 mövsümündə ağdamlılar öz ev oyunlarını Suraxanı qəsəbəsində inşası başa çatan stadionunda keçirəcək. Əldə etdiyimiz məlumata görə, avqustun 15-də yeni stadionun açılışı olacaq. Açılış mərasiminə "Qarabağ"ın prezidenti Abdulbari Gözəlin də qatılacağı da bildirilir. 

Açılış mərasimindən sonra isə "Qarabağ" ilk ev oyununda "Rəvan"la Premyer Liqanın ikinci turunun matçına çıxacaq. 

Qeyd edək ki, sözügedən arena 5 800 tamaşaçı tutumuna malikdi. Onu da bildirək ki, yenu arenada tribunaların sayını 4-ə, oturacaqların sayını isə 10 minədək artırmaq mümkündür. Stadionda Avropa kuboklarının 1/4 final mərhələsinədək oyun keçirilməsi mümkün olacaq.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR