"Qarabağ"ın yeni transferi: “Bu tarixin bir parçası olmaq istəyirəm”

"Qarabağ”ın yeni transferi Asmir Beqoviç məşhur olduğu qədər də problemli biridi. 2 il "Çelsi”də çıxış etməklə ününü artıran qapıçı Londonda daha çox ikinci qolkiper kimi tanınırdı. Bu üzdən 2015/17-ci illərdə bosniya və herseqovinalı "Çelsi”də cəmi 19 oyun keçirib. "Zadəganlar”dan ayrılma səbəbi isə oynamaq istəyi ilə bağlıdı.
 
Nəticədə o, "Bornmut”la müqavilə imzalayıb. Lakin son zamanlar orada da özünə yer tapa bilməyib. Bu səbəbdən Beqoviç "Qarabağ” üzərində seçib edib.
 
Beqoviç daha çox millidəki problemləri ilə diqqət çəkib. Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçkinin gəlişinə qədər yığmanın əvəzedilməzi olan Beqoviç xorvatla yola getmir. Yoldaşlıq görüşlərinin birində Prosineçkinin göndərdiyi dəvətdən imtina etməsi, bir neçə gün sonra klubu ilə çempionat oyununa çıxması xorvat məşqçinin ona qəzəbini şərtləndirib.
 
Millidə problemlər yaşayan Beqoviç cümə axşamı Bakıya gəlir. O, "Qarabağ”da daim əsas heyətdə oynamaq niyyətindədi. Müqavilə imzalanıb, qalır qışa kimi əsas qolkiper olmaq. "Bornmut”dan da heyətə düşməkdə çətinlik çəkdiyi üçün ayrılan Asmir futbolinfo.az saytına müsahibəsində elə bu məqamı qabardıb.
 
- Niyə "Qarabağ”ı seçdin?
- Mən meydanda olmaq, oynamaq istəyirdim. Ciddi bir kluba keçmək niyyətim var idi. "Qarabağ” həm ciddi klubdu, həm də Avropada uğurları var. Mütəmadi olaraq, qitənin nüfuzlu turnirlərində iştirak edir. Onlar Avropa Liqasında yüksək nəticələr qazanmaq istəyirlər. Mən də onlarla bu tarixin bir hissəsi olmaq istəyirəm.
 
- Avropa Liqasında "Qarabağ”ın yer aldığı qrupdan xəbərin var?
- Bəli, xəbərim var. "Sevilya” hər kəsə bəllidir. APOEL güclü komandadır. Onlar "Ayaks”a qarşı yaxşı çıxış etdilər. "Düdelanj” böyük iş görüb. Bizi asan oyunlar gözləmir. Çox çətin qarşılaşmalar keçirəcəyik.
 
- "Qarabağ”a keçərkən Şehiçdən məsləhət aldınmı?
- İbrahim Şehiçlə danışmadım. Çünki hər şey çox sürətli baş verdi. Amma "Qarabağ” və Azərbaycan haqqında bir neçə dostumdan məsləhət aldım. Hər kəs müsbət şeylər söylədi.
 
- Bosniya və Herseqovina millisinə dəvət almırsan. Bu, oyununa təsir edəcəkmi?
- Dəvət almıram, amma bu, son demək deyil. Ümid edirəm ki, "Qarabağ”la Avropada uğurlu çıxışımdan sonra yenidən dəvət alacam. Bunun üçün çalışacam.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR