"Qarabağ"la çətin oyun öncəsi Dieqonun qırmızı vərəqə alması..."

Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən "İnter" - "Kəpəz" qarşılaşması ev sahibinin 1:0 hesablı qələbəsi ilə başa çatdı. Sport7.az xəbər verir ki, "İnter Arena"da baş tutan qarşılaşmadan sonra "bankirlər"in baş məşqçisi Zaur Svanadze açıqlama verərək  qələbəni şərh edib:

"Bu bizim ən çətin oyunumuz idi. Hətta avrokuboklarda bizə belə çətin deyildi. Sevinirəm ki, qələbə qazandıq. İlk hissədə çox pis oynadıq. İkinci hissədə toparlanıb, daha yaxşı çıxış etdik. "Qarabağ"la çətin oyun öncəsi Dieqonun qırmızı vərəqə alması yaxşı hal deyil. "Kəpəz" komandası çox gözəl çıxış etdi. Onlara uğurlar arzulayıram". 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR