"Qarabağ"la "Neftçi"də çalışmış məşqçi klubsuz qaldı

Danimarka təmsilçisi "Orxus" məşqçisi Ruben Selleslə yolları ayırıb. 

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Baş məşqçi Davil Nilsenin köməkçisi olan 37 yaşlı ispan mütəxəssislə müqavilə yenilənməyib. Selles özünü başqa bir klubda sınamaq üçün bu addımı atdığını vurğulayıb. 

Mütəxəssis 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib. O, 2018-ci ildən "Orxus"da işləyir. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR