"Qarabağ"la Ozobiç yeni müqavilə imzaladı - FOTO

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Qarabağ" daha bir futbolçusu ilə razılığa gəlib.

Sport7.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Ağdam təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə müqavilənin müddətini uzadıb. 30 yaşlı oyunçu "köhlən atlar"la 2 illik yeni sözləşməyə imza atıb. Klub yaxın vaxtlarda bunu rəsmən açıqlayacaq.

Ozobiç 2018-ci ildən "Qarabağ"da çıxış edir. O, daha əvvəl Azərbaycanda "Qəbələ"nin formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR