“Qayıtmaq ən yaxşı variant idi” – Donald Gerye

“Qayıtmaq ən yaxşı variant idi” – Donald Gerye

"Neftçi"dən ayrılaraq "Qarabağ"a qayıdan Donald Gerye açıqlama verib.

Sport7.az xəbər verir ki, haititempo.com saytına müsahibə verən haitili futbolçu Ağdam klubunda oynayacağı üçün şad olduğunu bildirib:

"Mən "Qarabağ”a qayıtdım və həmişə özümü burada xüsusi hiss etmişəm. Bilirsiniz bu necə hissdir? Biz bir yerdə doğulmuşuq, sonra mən getmişəm. Ardınca isə ayrılıqdan sonra barışmış kimiyik. Mən xoşbəxtəm. Bu da möhtəşəmdi. Özümü evimdəki kimi hiss edirəm”.

"Neftçi”ni tərk etdikdən sonra menecerimlə danışdım. O, mənə Türkiyədən bir neçə təklifin olduğunu dedi. Amma bilirsiniz ki, indiki maliyyə problemi dövründə maaş almaq çətindi. Ən yaxşı variant "Qarabağ”a qayıtmaq idi. Bu, yaxşı komandadı. Klubda maliyyə problemi yoxdur, maaş vaxtında ödənilir. Mənim həyat yoldaşım da "Qarabağ”a qayıtmağımı istəyirdi.

Donald ölkəsinin mətbuatına "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov barədə yüksək fikirdə olduğunu da gizlətməyib:

"Bura gələndən həmişə yaxşı oynamışam. Ailəmə və həyat yoldaşıma təşəkkür edirəm. Qurban Qurbanovun klubuna da minnətdaram. Mən yenə bütün gücümlə çalışacağam. Ümid edirəm ki, formamı bərpa edib meydanda əvvəlki Donald Geryeni göstərəcəyəm. Bəxtim gətirib ki, "Neftçi”də oynayanda Qurban Qurbanovla görüşdüm. Bunun səbəbi qayıtmaq istəyim deyildi. Ona görə görüşdük ki, o yaxşı insandır. Qurbanov mənim üçün çox şey edib və uğurumun bir hissəsi onunla bağlıdı. Bizim yaxşı münasibətlərimiz var və həmişə ünsiyyətdə olmuşuq”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR