Qazax hakimlərdən bayrağımıza qarşı çox böyük hörmətsizlik - FOTOLAR

Qazax hakimlərdən bayrağımıza qarşı çox böyük hörmətsizlik - FOTOLAR

Bu gün Qazaxıstanın Şimkənd şəhərində UEFA-nın İnkişaf turniri çərçivəsində 19 yaşadək qız futbolçulardan ibarət millilər arasında II turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, Azərbaycanın himni səslənərkən millimizin qızları Azərbaycan və Estoniyanın, eləcə də UEFA-nın "Respekt" sözü yazılmış bayrağına tərəf dönüblər.

Ancaq həmin an nə oyunun Qazaxıstandan olan hakimləri, nə də estoniyalı qızlar üzlərini bayraqlar tərəfə döndərməyib. Ancaq Estoniyanın himni səslənərkən səhvlərini başa düşən şimallı futbolçular üzlərini bayraqlara tərəf çevirib. Bununla belə, yerli hakimlər sonadək bayraqlara hörmətsizliklərini davam etidirib.

Qeyd edək ki, bu matçda millimiz Estoniyanı 3:0 hesabı ilə məğlub edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR