Qazaxda da veloyürüş keçirildi

Qazaxda da veloyürüş keçirildi

Azərbaycan Gənclər Fondu və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı, Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazaxda "Sağlam gənclik” veloyürüşü keçirilib.
 
Sport7.az xəbər verir ki, Qazax rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin qarşısından start götürən veloyürüşdə 300-dən çox peşəkar və həvəskar gənc iştirak edib.

Yürüş başa çatdıqdan sonra ərazidə velosiped dayanacaqları quraşdırılıb. Qazax rayon Gənclərin İnkişaf və Karyera Mərkəzində yeni yaradılan veloklubda texniki ləvazimatlar və velosipedlər gənclərin ixtiyarına verilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR