Qazaxda xatirə turniri keçirilib

Qazaxda xatirə turniri keçirilib

Qazax Olimpiya İdman Kompleksində Gənclər və İdman nazirliyinin yaranmasının 25 illik yubileyinə həsr olunmuş açıq turnir və seminar keçirilib. 

Sport7.az xəbər verir ki, Qazax, Ağstafa, Gəncə, Bərdə və paytaxtın rayonlarını təmsil edən komandalar iştirakı ilə tədbirin açılış mərasimində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək, karate olimpiya idman növünün bölgələrdə də inkişafına nail olunması üçün işlərin müsbət nəticə verdiyini bildiriblər. 

Yarışda fərqlənən idmançılar Azərbaycan Milli Karate Federasiyası və Qazax rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunub. Federasiya prezidenti Qazaxdan əvvəl Gəncədə yerli idmançı və məşqçilərlə görüş keçirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR