"Qəbələ" - "Apollon" matçında xəsarət alan azarkeş ölüb? - AÇIQLAMA

Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçı çərçivəsində baş tutan "Qəbələ" - "Apollon" matçı sonrası xoşagəlməz hadisələr yaşandı. Sport7.az xəbər verir ki, asayişi qorumaq üçün stadiona cəlb olunan polislərlə yerli azarkeşlər arasında qarşıdurma yarandı.

Nəticədə bir neçə azarkeş ciddi xəsarət aldı. Bir neçəsi də dərhal xəstəxanalara çatdırıldı. Az öncə sosial şəbəkələrdə xəsarət alan azarkeşlərdən birinin düynasının dəyişməsi ilə bağlı xəbər yayılıb. Məlumatı dəqiqləşdirmək üçün "Qəbələ"nin Media və Marketinq  Departamentinin rəhbəri Səməd Nəsibovla əlaqə saxladıq. O, isə saytımıza açıqlamasında bunun yalan məlumat olduğunu bildirilib. Nəsibovun sözlərinə görə, xəstəxanaya yerləşdirilən azarkeşlər səhər saatlarında evlərinə buraxılıb. Səməd bəy dünyasını dəyişən azarkeşin olmadığını qeyd edib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR