“Qəbələ” bir xal qazandı, biz isə qələbəni əldən verdik, itirdik”

“Qəbələ” bir xal qazandı, biz isə qələbəni əldən verdik, itirdik”

Azərbaycan Premyer Liqasının XVII turunda keçirilən "Sumqayıt” – "Qəbələ” oyunu 1-1 hesabı ilə başa çatdı.

Sport7.az xəbər veri ki, oyundan sonra keçirilən mətbuat konfransında məşqçilər bunları söyləyiblər.

Sənan Qurbanov ("Qəbələ”nin məşqçisi): "Qələbə qazanmaq istəyirdik. Məncə, komandamız "Qarabağ”la oyunda yorulmuşdu. "Sumqayıt”la oyunda planımız tez qol vurmaq idi. Təəssüf ki, bunu bacarmadıq. Bütün bunları nəzərə alıb, 1 xal qazandığımızı deməliyəm. Rəqibin təzyiq göstərəcəyini, mübarizə aparacağını bilirdik. Belə də oldu. Penalti epizodu ilə bağlı konkret danışa bilməyəcəyəm. Bunun üçün epizoda baxmaq lazımdır”. 

Aqil Məmmədov ("Sumqayıt”ın baş məşqçisi): "Oyuna görə öz komandama təşəkkür edirəm. Futbolçular bütün göstərişləri yerinə yetirdilər. Bu heç-heçəni qələbəmiz kimi görürəm. Futbolçulara, azarkeşlərə təşəkkürümü bildirirəm. Mən düşünürəm ki, "Qəbələ” bir xal qazandı, biz isə qələbəni əldən verdik, itirdik”. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR