"Sumqayıt"la "Qəbələ" məğlub oldu - YENİLƏNDİ

Türkiyədə təlim-məşq toplanışında olan klublarımızdan ikisi "Sumqayıt"la "Qəbələ" bu gün yoxlama matçı keçirəcək.
 
Sport7.az xəbər verir ki, hər iki təmsilçimizin rəqibləri Macarıstan komandaları olub. "Qırmızı-qaralar” MTK ilə qarşılaşıb. Matç rəqibin 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.
 
"Sumqayıt" - "Kaposvar" matçında isə 7 qol vurulub. Bu görüşdə Ayxan Abbasovun komandası 3:4 hesabı ilə rəqibinə uduzub.

Yoldaşlıq görüşü
 
16.00. "Sumqayıt" - "Kapsovar" (Macarıstan) 3:4
(Mehdi Şərifi, 14-p., Xəyal Nəcəfov, 68, Amil Yunanov, 76)
  
"Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev 5. Cəmaləddin Xocaniyazov, 6. Vüqar Mustafayev, 10. Əmir Ağayev, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev, 46. Aleksey İsayev, 70. Mehti Şərifi, 90. Rəhim Sadıxov
 
"Miracle" otelinin stadionu
 
17.00. "Qəbələ" - MTK (Macarıstan) 0:3
 
"Qəbələ": 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 3. İvitsa Juniç, 8. Qismət Alıyev, 2. Amin Seydiyev, 11. Asif Məmmədov (k), 77. Merab Qiqauri, 7. Roman Hüseynov (21. Fernan Lopez, 33), 19. Rövlan Muradov, 17. Yaovi Akakpo, 9. Ehtiram Şahverdiyev 
 
"Karvansaray” otelinin meydançası
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR