"Qəbələ"də ayrılıq - Legioner futbolçu yola salındı

"Qəbələ" klubu Fil Dişi Sahilindən olan futbolçu Kristian Kuaku ilə yollarını ayırıb.

Sport7.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov deyib.
 
Onun sözlərinə görə, 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Cari mövsümün əvvəlində Çexiyanın "Karvina" klubundan transfer olunan Kristian Kuaku ilə 1+1 illik müqavilə bağlanmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR