"Keşlə"dən darmadağın, "Neftçi" "Qəbələ"yə qalib gəldi - YENİLƏNDİ

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.
 
Sport7.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
 
Turun açılış oyununda "Neftçi" səfərdə "Qəbələ" ilə qarşılaşıb. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:0. Bu, "Qəbələ"nin qış fasiləsindən sonra ardıcıl 4-cü məğlubiyyətidir.
 
Digər görüşdə isə "Keşlə" "Zirə"ni qəbul edib. Ötən tur "Qarabağ"a 0:6 hesabı ilə uduzan "Zirə" bu dəfə qapısından 4 cavabsız qol buraxıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.


Azərbaycan Premyer Liqası, XVIII tur
22 fevral (şənbə)

15:00. "Qəbələ” – "Neftçi” 0:2
Qol: A.Krivotsyuk, 8. B.Dabo, 14.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
 
"Qəbələ": 94. Tərlan Əhmədli, 8. Qismət Alıyev (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 9. Ehtiram Şahverdiyev, 3. İviça Zuniç, 10. Klesio Bauk, 12. Abdelrafik Jerar, 2. Amin Seydiyev, 55. İdris İnqilablı.

Ehtiyat oyunçular: 33. Müşfiq Nadirov, 11. Asif Məmmədov, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 7. Roman Hüseynov, 77. Merab Giqauri, 32. Nikolas Raysel, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 19. Rövlan Muradov.

"Neftçi": 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 93. Soni Mustivar, 10. Dario Federiko, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov.


17:00. "Keşlə” – "Zirə” 4:0
Qol: Şahrux Qadoyev, 20, Vüsal İsgəndərli, 45, Şahrux Qadoyev, 71,  Pərviz Azadov, 89
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
"ASK Arena"
 
"Keşlə”: 1. Stanislav Namaşko,4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 25. Con Kamara, 21. Miyusko Boyoviç,10. Sezar Meza Kolli, 42. Aleksandr Kristovao,30. Şahrux Qadoyev, 7. Tural Bayramlı

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlız 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 5. Franko Flores, 9. Lorenzo Frutos, 90. Orxan Fərəcov, 88. Seymur Əsədov, 13. Pərviz Azadov


"Zirə”: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 33. Yovan Krneta, 27. Adrian Skarlatake (k), 48. Şafik Tiqrudja, 43. Riçard Qadze, 3. Ali Sisey, 11. Davit Volkov, 70. Nicat Süleymanov

Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 25. Miloş  Bakraç, 18. George Anton, 20. Əli Şirinov, 55. Rauf Hüseynli


Qeyd edək ki, XVIII tura fevralın 23-də keçiriləcək "Sabah" - "Səbail" və "Qarabağ" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR