"Qəbələ" "Rəvan"a bata bilmədi - YENİLƏNİR

Bu gün keçiriləcək bir oyunla Topaz Premyer Liqasının 14-cü turuna yekun vurulacaq. Sport7.az xəbər verir ki, turun qapanış matçında "Qəbələ" doğma azarkeşləri önündə "Rəvan"ı qəbul edəcək.

Avropa Liqasının qrupunda qaldığı dəqiqləşən "qırmızı-qaralar" sözsüz ki, bundan sonra bütün diqqətini elitaya yönəldəcək. Üstəlik komandanın son turlarda uğursuz çıxış etməsi və qələbə üzünə həsrət qalması qonaqların işini çətinləşdirən amillərdəndi. "Rəvan" son iki turda qələbə qazanmaqla aktivinə 6 xal yazdırmağı bacarsa da, "Qəbələ" ilə görüşün autsayderidi. Bəhmən Həsənovun komandasın 90 dəqiqə ərzində Roman Qiroqçrukun yetirmələrinə müqavimət göstərəcəyi inandırıcı deyil. Nəzərə alaq ki, əyalət təmsilçisi bugünkü oyunda həm də, uğursuzluğa son qoymağa çalışacaq.

Topaz Premyer Liqası
14-cü tur
30 noyabr


17:00. "Qəbələ" - "Rəvan" 1:1

Qol: Tural Qürbətov (66) - Fakundo Pereyra (90+5)

Baş hakim: Rauf Cabbarov
Stadion: Qəbələ şəhər stadionu

"Qəbələ”: 22. Dmitri Bezotosni, 4. Elvin Camalov, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 19. Aleksey Qay (k), 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 69. Aleksey Antonov, 70. Vaqif Cavadov, 87. Ruslan Abışov

Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov, 25. Qismət Alıyev, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov
Baş məşqçi: Roman Qriqorçuk

"Rəvan”: 32. Kostyantin Maxnovski, 11. Şeriff Suma, 19. Tural Qürbətov, 99. Nicat Muxtarov, 17. Ramazan Abbasov (k), 2. Ruslan Tağızadə, 13. Cəmşid Məhərrəmov, 6. Vüqar Bəybalayev, 3. Saşa Yunisoğlu, 4. Kənan Müslümov, 14. Elvin Əliyev

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 15. Ceyhun Abdullayev, 39. Əlibəy Məmmədli, 91. Urfan İsmayılov, 55. Hüseyn Axundov, 21. Novruz Məmmədov, 20. Kənan Manafov
Baş məşqçi: Bəhmən Həsənov


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR