"Qəbələ" - "Səbail": 12-ci duelə doğru

Bu həftə Azərbaycan Premyer Liqasında XI turun oyunları keçiriləcək.

Sport7.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində "Qəbələ” "Səbail”lə qarşılaşacaq. Ardıcıl ikinci ev oyununa çıxacaq "qırmızı-qaralar” tarixində 12-ci dəfə paytaxt təmsilçisi ilə görüşəcək. Əvvəlki 11 görüşdə üstünlük əyalət təmsilçisinin tərəfindədir. Hesabında 6 qələbə və 3 heç-heçə olan "Qəbələ” yalnız iki dəfə uduzub. Rəqib qapısından 20 top keçirən futbolçular 11 qol buraxıblar. Komandanın qollarından 6-na Baqali Dabo imza atıbsa, Famussa kone və Ceyms Adeniyi hərəyə 3 dəfə fərqlənib.

Bu matçlardan ikisi Azərbaycan kuboku, doqquzu Premyer Liqa çərçivəsində olub. Çempionatdakı oyunlardan dördündə qələbə qazanan "Qəbələ” 3 heç-heçə edib və 2 dəfə xalsız qalıb. Top fərqi də "qırmızı-qaralar”ın xeyrinədir – 15:9.

Ev oyunlarında "Səbail”ə uduzmayan "qırmızı-qaralar” 4 dəfə qalib gəlib, 1 dəfə heç-heçə edib. 10 qola imza atan "Qəbələ" üç top buraxıblar. Komanda ev matçlarından qolsuz ayrılmayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR