"Qəbələ" - "Zirə": 18-ci duel

Bu gün Topaz Premyer Liqasında 25-ci tura start veriləcək.
 
Sport7.az xəbər verir ki, turun ikinci günündə meydana çıxacaq "Qəbələ” "Zirə” ilə görüşəcək. Mükafatçılar sırasına düşmək üçün mübarizə aparan "qırmızı-qaralar” rəqibini Qəbələ şəhər stadionunda qəbul edəcək. Bu qarşılaşma iki komanda arasında 18-ci duel olacaq. İndiyədək keçirilən 17 oyunda "Qəbələ” 6 qələbə qazanıb və 7 heç-heçə edib. Paytaxt təmsilçisi isə 4 dəfə qalib gəlib. Top fərqində də "qırmızı-qaralar” üstündür – 23:15. Komandamızın qollarına 14 futbolçumuz və avtoqol müəllifi olan rəqib oyunçu imza atıb. Aleksey Qay "Zirə”ylə görüşlərdə hamıdan çox – 4, Ermin Zets 3 qol vurub.

Əvvəlki 17 oyundan ikisi kubok, 15-i Premyer Liqa çərçivəsində baş tutub. Çempionatdakı matçlarda rəqiblər hərəyə 4 dəfə qalib gəlibsə, 5 dəfə sülhlə ayrılıblar. Bu oyunlarda komandamız 16 qol vurub, 13-nü buraxıb.

Xatırladaq ki, aprelin 19-da keçiriləcək "Qəbələ” - "Zirə” saat 16:00-da başlayacaq.

2015/16 mövsümü

25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0
 
17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
 
Nicat Qurbanov, 24

02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2

Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84 

09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə (Bakı) - 5:1

Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36

13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2

Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84 

07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3

Rafael Santos, 26; Ermin Zets, 47, 79 

2016/17 mövsümü

25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2

Teo Uiks, 19;76 

19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0

Filip Ozobiç, 52

12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2

Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 - Daniel Subotiç, 37; Filip Ozobiç, 88 

02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Sergey Zenyov, 8 - Sezar Meza Kolli, 61

2017/18 mövsümü

09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Cavid Hüseynov, 90+1-p. - Viktor İqbekoyi, 74

28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1

Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 - Famussa Kone, 72

17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1

Stiven Monroz, 56; Baqali Dabo, 64 - Aleksandr Dedov, 39 

08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Milan Duriç, 53-p. - Stiven Monroz, 78 

2018/19 mövsümü

05.10.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Miloş Radivoyeviç, 86

02.12.2018. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

03.03.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Fofana İsmael, 87 // Bəxtiyar Həsənalızadə, 57 (ö.q.)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR