"Qəbələ"də biri zədə sağaltmaqla, digəri pasport düzəltməklə məşğuldur

Rəsmi şəkildə "Qəbələ"nin yollarını ayırdığı Yazalde Pintu və Markinyoşun ardından daha 2 futbolçu komandanı tərk etməyə yaxındır.

Sport7.az xəbər verir ki, bunlar daha bir portuqaldilli futbolçu braziliyalı yarımmüdafiəçi Dodo və milliləşdirilmiş ukraynalı mərkəz müdafiəçisi Vladimir Levindir. 

Bu məsələ ilə bağlı "Qəbələ"nin meneceri Səbihi Səfiyarlının fikirlərini öyrəndik. O, sualımıza belə reaksiya verdi: "Bu söz-söhbətləri kim çıxardır bilmirəm. Komandadan ayrılan olanda saytımızda yazırıq. Məsələn, Markinyoş bizimlə birgə Türkiyədə düşərgədəydi, amma sonra komandadan ayrıldı. Andrey Kristya bizimlə bir hazırlıq keçməyib, amma rəsmən bizdən getməyib. O ki qaldı, Vladimir Levinlə Dodonun hazırlıqlarımızda iştirak etməməsinə, bunun səbəbləri var. Bildiyiniz kimi, Levinin ötən ildən zədəsi var və zədəsini sağaltmaqla məşğuldur. Dodo isə bizimlə birgə Antalyada hazırlıqlara başlamışdı. Ancaq PSV-nin II komandası ilə görüşdə zədələndi. 2 həftə məşq edə bilməyəcəkdi. Həm də pasportunun vaxtı bitmişdi deyə, Braziliyaya getdi. Burdakı məşqlərimizdə bizə qoşulacaq".

Qeyd edək ki, rumıniyalı hücumçu Andrey Kristyaya özünə klub tapmaq tapşırılıb. Əgər tapa bilməsə, müqavilə ilə məxsus olduğu "Qəbələ"dən havayı yerə pul alacaq. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR