"Qəbələ"lilərin "Dinamo" səfərbərliyi: "Dava ola bilər..."

"Qəbələ" Avroliqanın 2-ci təsnifat mərhələsində Tiflis "Dinamo"su ilə qarşılaşacaq. İlk görüş Qəbələdə baş tutacağında yerli azarkeşlərin hazırlığı maraq doğurur. Bu üzdən bölgə təmsilçisinin ən fəal fanklubu "Red Black Army"nin rəhbəri Cavad Şərifli ilə danışdıq.

Cavad bəy Sport7.az-a açıqlamasında fanklubun artıq hazırlıqlara başladığını bildirdi: "ilk növbədə rayonumuzda reklam işlərini gücləndirəcəyik. Əsas işimiz odu ki, azarkeşlər stadionu doldursun. Fanklub kimi, müəyyən fikirlərimiz, bannerlərimiz də olacaq yəqin ki. Ancaq bunu əvvəlcədən açıqlamaq istəmirik. Komandaya gəlincə, gəncdilər, yoldaşlıq görüşləri keçiriblər. Canlarını qoysalar, inşallah yaxşı nəticə gözləyirik".

Gürcü azarkeşlərin təxribatçı olduqları məlum məsələdi. Bu səbəbdən istər ev istərsə də səfər oyunlarında müəyyən anlaşılmazlıqlar baş verməsi gözləniləndi. Bəs bununla bağlı fanklub olaraq hansı tədbirləri görmək fikrindədilər? Öz üzərlərinə düşən işləri necə yerinə yetirəcəklər?: "Bir neçə il əvvəl, sıravi fanklub üzvü olanda hər şeyə, hətta davaya belə razı idim. Amma fanklub rəhbəri olandan sonra məsuliyyət çoxalır. Çünki hər cür uşaq var, müxtəlif ailələrdən gəliblər. Məsuliyyət böyükdü. Dava da ola bilər, amma bunun məsuliyyəti fanklub rəhbərinin üzərinə düşür deyə, belə hallardan uzaq olmağa çalışıram. bununla belə gürcülərə qarşı müəyyən bannerlər olmalıdı. Bundan başqa, bir avtobusun tutumu qədər, hardasa 40-50 nəfərlik heyətlə səfərə də getməyi düşünürük. Öz hesabımıza gedəcəyik, yəqin ki, klub da bizə avtobusla bağlı köməklik edər. Olmasa belə, yenə də özümüz Gürcüstana yollanacağıq".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR