"Qəbələ"nin 2 komandası beynəlxalq səfərdə (FOTO)

Tbilisi "Dinamo"su ilə əməkdaşlıq çərçivəsində "Qəbələ"nin U-15 və U-13 komandaları Gürcüstana yola düşüblər.
 
Sport7.az xəbər verir ki, 5 günlük səfər çərçivəsində məşqlərlə yanaşı, yoldaşlıq oyunları da nəzərdə tutulub. Artıq ilk oyunlar başa çatıb. U-15 rəqibinə 1:2 hesabı ilə məğlub olsa da (Qol: Ağasi Babayev), U-13 qələbə qazanıb. "Dinamo"nun 2 qoluna "Qəbələ" 3 topla cavab verib. Hikmət Cəbrayılzadə 2, Vüsal Əmirəhmədov 1 qola imza atıb.

Bununla yanaşı klubun 45 nəfərlik nümayəndə heyəti Gürcüstan çempionatının yüksək liqası çərçivəsində "Dinamo" - "Lokomotiv" görüşünü stadiondan izləyib.

"Qəbələ" və "Dinamo" arasındakı qarşılıqlı razılığa əsasən, mövsümdə bir dəfə hər klub digərinin iki komandasını bazasında qonaq edir və müştərək toplanış keçir.
 

 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR