"Qəbələ"nin 50-ci böyükhesablı qələbəsi

"Qəbələ” 2019/20 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.
 
Sport7.az xəbər veri ki, bu, Azərbaycan Premyer Liqasının XI turuna təsadüf edib. "Qırmızı-qaralar” ev oyununda "Səbail”in qapısından üç cavabsız top keçirib.

Bu qələbə komandanın tarixində 50-ci böyükhesablı qələbə olub. Yubiley uğuruna imza atan "Qəbələ” ilk belə qələbəsini 2005/06 mövsümündə əldə edib. Birinci dəstədə "Göy-Göl” (Xanlar) adı ilə çıxış etdiyi vaxt komanda ilk oyununda "Şərur”un qapısından 8 cavabsız top keçirib.

Böyükhesablı qələbələrdən 29-u Premyer Liqa, 11-i Birinci dəstə, 9-u Azərbaycan kuboku, 1-i Avropa Liqasına təsadüf edib.

"Qırmızı-qaralar” evdə 33, səfərdə 17 dəfə böyük hesabla qalib gəlib.

Komandamız hər mövsümdə ən azı 1 dəfə üç və ya daha çox fərqlə qələbə qazanıb: 2005/06 – 12, 2006/07 – 2, 2007/08 – 1, 2008/09 – 5, 2009/10 – 1, 2010/11 – 3, 2011/12 – 4, 2012/13 – 1, 2013/14 – 3, 2014/15 – 3, 2015/16 – 5, 2016/17 – 4, 2017/18 – 4, 2018/19 – 1, 2019/20 – 1.

"Qəbələ” 9 müxtəlif nəticə ilə böyükhesablı qələbə əldə edib. "Səbail”lə matçdakı hesaba daha çox təsadüf olunub: 3:0 – 23, 4:0 – 8, 4:1 – 7, 6:0 – 4, 8:0 – 3, 5:1 – 2, 5:2, 6:1, 7:0 – 1.

"Qəbələ”nin üç və ya daha çox top fərqilə qazandığı qələbələr 29 rəqiblə oyunlarda əldə olunub: MOİK, "Muğan”, "Neftçi”, "Rəvan” – 3, AZAL, "Bakı”, "Energetik”, "Gənclərbirliyi-2”, "Kəpəz”, "Mil-Muğan”, "Şahdağ” Qb, "Səbail”, "Şərur”, "Simurq”, "Sumqayıt”, "Xəzər Lənkəran”, "Zirə” – 2, "Ağsu”, "Bakılı”, "Ədliyyə”, "Gənclərbirliyi”, "Keşlə”, "Karvan”, "Neftçala”, "Rote Fahne”, "Şahdağ-2” Os, "Samtredia”, "Viləş”, "Yeni Yevlax” – 1.

Qəbələ şəhər stadionundakı oyun Elmar Baxşıyevin rəhbərliyi altında ilk böyükhesablı qələbə olub. O, komanda ilə belə nəticəyə imza atan 9-cu baş məşqçidir: Roman Qriqorçuk – 15, Faiq Cabbarov – 14, Ramiz Məmmədov – 7, Fatih Kavlak – 5, Toni Adams, Yuri Syomin – 3, Dorinel Muntyanu, Sənan Qurbanov, Elmar Baxşıyev – 1.

"Qəbələ” bunadək son böyükhesablı qələbəsini də məhz "Səbail” üzərində qazanıb. 2018/19 mövsümünün startında – 2018-ci il avqustun 12-də Qəbələ şəhər stadionunda 3:0 hesablı qələbə əldə olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR