"Qəbələ"nin masajçısı cəzalandırıldı!

İntizam Komitəsinin bu gün növbəti iclası baş tutub. 


Sport7.az xəbər verir ki, aşağıdakı qərarlar qəbul olunub: 

Premyer Liqanın XVI turunun "Bakı” – "Xəzər Lənkəran” matçında "Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Premyer Liqanın XVI turunun "Qəbələ” – "Qarabağ” matçının 90+3-cü dəqiqəsində "Qəbələ” klubunun masajçısı Namiq Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).

Əvəzedici heyətlərin XVI turunun "Bakı”  – "Xəzər Lənkəran” matçının 83-cü dəqiqəsində "Bakı”  klubunun 47 №-li futbolçusu Rəvan Kərimov idmançıya yaraşmayan hərəkətə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Oyunun 84-cü dəqiqəsində "Bakı”  klubunun 15 №-li futbolçusu Azad Kərimov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1).

Əvəzedici heyətlərin XVI turunun "Qəbələ” – "Qarabağ” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR