"Qəbələ"nin prezidenti hərbi xidmətdən qayıtdı

"Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov cəbhədən qayıdıb.

Sport7.az xəbər verir ki, 42 yaşlı funksioner yenidən öz işinin başına keçib. Lakin o, müəyyən səbəblərdən Azərbaycan Premyer Liqasının XI turunda keçirilmiş "Sumqayıt"la səfər matçını (1:0) stadiondan izləyə bilməyib.

İkinci Qarabağ müharibəsinin ilk günlərindən ehtiyatda olan zabit kimi döyüşlərə qatılan Fariz Nəcəfov hərbi əməliyyatlar zamanı korpus komandiri, general-mayor Mayis Barxudarovun mühafizəsini təşkil edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR