"Qəbələ"nin rəqibi: Avroliqada ötən mövsüm qrup autsayderi olan "Panatinaikos"!

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi baş tutub. Sport7.az xəbər verir ki, püşkatma təmsilçimiz "Qəbələ"ni Yunanıstanın "Panatinaikos" klubu ilə üz-üzə qoyub.

"Panatinaikos" klubu 1908-ci ildə yaranıb. "Qəbələ”nin rəqibi "Olimpiaskos"la  Yunanıstanın ən nəhəng iki klubundan biridi. 20 dəfə ölkə çempionu adı qazanan yunanlar sonuncu dəfə bu uğura 2010-cu ildə imza atıb. 

Komandaya hazıra Yannis Anastasiou baş məşqçilik edir. İspaniyalı çalışdırıcının yetirmələri 18 dəfə ölkə kubokunu, 4 dəfə də Superkubokunu başı üzərinə qaldırıb.

Cari mövsümdə "Panatinaikos” avrokuboklara Çempionlar Liqaısnın III təsnifatmərhələsindən başlayıb. Yunanlar ilk oyunda evdə Belçikanın "Brügge” klubunu 2:1 hesabı ilə məğlub etsələ də, cavab matçında darmadağınla üzləşiblər – 0:3.

"Qəbələ”nin rəqibi ötən mövsümü 66 xalla turnir cədvəlinin ikinci pilləsində tamamlayıb. 34 oyuna 21 qələbə qazanan yunanlar, 7 dəfə məğlub olub, 6 qarşılaşmada isə meydanı sülhlə tərk edib. Bu oyunlarda Yannis Anastasiou yetirmələri 59 qol vurub, qapısında isə 31 top görüb. 

Bundan başqa "Panatinaikos” ötən mövsüm Avroliqanın "E” qrupunda da mübarizə aparıb. Ancaq yunanların çıxışı elə də uğurlu olmayıb. Moskva "Dinamo”su, PSV və "Eştoril”in yer aldığı qrupda yunanlar cəmi 2 xal toplaya bilib. Həmin iki xalda Portuqaliya klubu ilə oyunda qazanılıb. "Eştoril”lə evdə 1:1 hesabı ilə sülh bağlayan yunanlar, səfərdə də heç-heçə oynayıb – 3:3. 

Komandanın hazırda büddcəsinin 31 milyon avro təşkil etdiyi bildirilir. Afinalılar ev oyunlarını 16220 min azarkeş tutumuna malik olan "Apostolos Nikolaidis” stadionunda keçirik. Komandanın prezidenti isə Yannis Alafuzosdu.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR