“Qəbələ”nin sabiq baş məşqçisi evdə qalacaq

“Qəbələ”nin sabiq baş məşqçisi evdə qalacaq

Yuri Syomin Moskva meriyasının 65 yaşdan yuxarı şəxslər üçün tətbiq etdiyi qadağadan danışıb.

Sport7.az xəbər verir ki, meriya yaşı 65-də çox olan insanları koronavirus səbəbindən evdən çıxmasına qadağa qoyub. Bu qadağa martın 26-dən aprelin 14-ə qədər qüvvədə olacaq.

Moskva meri Sergey Sobyanın bunun müqabilində yaşlı insanlara 4 min rubl məbləğində maddi yardım ediləcəyini açıqlayıb.

"Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin məlum qadağaya əməl edəcəyini bildirib: "Qadağa qarşısında hər kəs eynidi. Mən də buna əməl edəcəyəm. Müddətin çox olması haqda danışmaq isə yersizdi”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR