"Qəbələ"nin vitse-prezidentindən "Panatinaikos" şərhi: "Yenə gərginlik başlayır"

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. Sport7.az xəbər verir ki, ölkəmizi qitənin ikinci dərəcəli turnirində təmsil edən "Qəbələ"nin rəqibi Yunanıstanın "Panatinaikos" klubu oldu.

Saytımıza açıqlama verən "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov püşkatmanın nəticəsini dəyərləndirib: "Heç arzulamadığımız rəqib idi. Yenə də gərginlik başlayır. Kifayət qədər ciddi rəqibdi. Onsuz da pley-offda zəif rəqib yoxdu. Əlimizdən gələni etməyə çalışacağıq. Sözsüz ki, "Panatinaikos" Dortmund "Borussiya”sı deyil. Baxmayaraq ki, rəqibimizin hazırkı vəziyyəti tam təhlil olmayıb. "Apollon"la matçta Kiprdə xoşagəlməz hadisələr yaşandığı üçün, Yunanınstan klubu ilə oyundan əvvəl UEFA-ya müraciət edəcəyik".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR