"Qəbələ"yə məğlubiyyəti həzm edə bilmədi: Əlini kəsdi, xəstəxanalıq oldu - ÖZƏL

Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Rəvan"la "Qəbələ" arasında "Bayıl Arena"da baş tutan görüş birincilərin məğlubiyyəti ilə başa çatdı. Sport7.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri paytaxt təmsilçisinə heç bir şans verməyərək rəqibini 3:0 hesabı ilə üstələdi.

Ancaq Bayılda baş tutan qarşılaşma "Rəvan" üçün təkcə məğlubiyyətlə yadda qalmadı. Belə ki, "aslanlar"ın üzvü Elvin Həsənəliyev ikinci hissənin gedişində xəstəxanaya çatdırılıb. Əldə etdiyimiz özəl məlumata görə, 59-cu dəqiqədə Məhəmməd Alıyevlə əvəzlənən yarımmüdafiəçi birbaşa soyunub-geyinmə otağına yollanıb. Bu zaman isə o, hirsini soyunub-geyinmə otağının şüşəsini sındırmaqla soyutmağa çalışıb.

Bu isə Həsənəliyevə baha başa gəlib. Belə ki, şüşə Elvinin əlini kəsib. Həsənəliyevin durumu yaxşı olmadığı üçün onu dərhal xəstəxanaya çatdırıblar.

Qeyd edək ki, Elvin Həsənəliyev "Qarabağ"ın məşqçisi Zaur Tağızadənin bacısı oğludu.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR